“AccessBank” kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

“AccessBank” kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
# 31 mart 2018 11:48 (UTC +04:00)

“AccessBank” kollektivi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Bankdan “APA-Economics”ə verilən xəbər görə, faciə qurbanlarının xatirəsini yad edən əməkdaşlarımız xatirə daşı önünə əklil qoyublar.

Daha sonra əməkdaşlarımız kompleksi gəzərək soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Kompleks rəsmiləri kollektivimizə ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə barədə ətraflı məlumat veriblər.

Yekunda “AccessBank” adından kompleksin xatirə dəftərinə ürək sözləri yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR