Həmsədr: "Azərbaycan prezidentinin Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlamasını alqışlayırıq”

Həmsədr: "Azərbaycan prezidentinin Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlamasını alqışlayırıq”
# 25 oktyabr 2016 14:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq”.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, əgər Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsi müzakirə olunursa, eyni zamanda status məsələsi də müzakirə olunmalıdır: “Münaqişənin hərtərəfli həlli barədə tez-tez danışılır. Biz anlamalıyıq ki, bütün elementlər müzakirə olunmalıdır. Biz hər hansı bir mövzunu seçib, onu ümumi kontekstdən kənar müzakirə edə bilmərik. Buraya qaçqın və məcburi köçkün məsələsi, sülhməramlı qüvvələrin mandatı məsələsi daxildir. Bunlar hamısı paket müzakirələrdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR