Çempionlar Liqası: 1/4 final matçlarının vaxtları açıqlanıb

Çempionlar Liqası: 1/4 final matçlarının vaxtları açıqlanıb
# 16 mart 2018 14:21 (UTC +04:00)

Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarının keçirilmə tarixləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan az sonra cütlərin hansı günlərdə oynayacağı müəyyənləşib.

“Sevilya” – “Bavariya” və “Yuventus” – “Real” cütləri ilk oyunlarını aprelin 3-də, cavab matçlarını isə 11-də keçirəcək. “Barselona” – “Roma” ilə “Liverpul” – “Mançester Siti” duelləri isə aprelin 4-də və 10-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR