Azərbaycan Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycan Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 01 iyun 2015 15:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Energetika Nazirliyində energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və İraqın neft naziri Adil Abdulmahdi arasında görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanla İraq arasında münasibətlərin tarixi köklərindən danışan nazir N. Əliyev müvafiq beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də bir sıra qlobal məsələlərə münasibətdə ölkələrimizin yekdil mövqedən çıxış etdiklərini xatırladıb. Hər iki ölkənin malik olduğu zəngin neft resurslarının Azərbaycan və İraq arasında əməkdaşlığın daha da genişlənməsində yeni üfüqlər açacağına inamını ifadə edib.

Bildirib ki, İraqda neft-qaz layihələri üzrə Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə gələcək əməkdaşlığın əsasını təşkil edəcək.

Bakıda SOCAR rəhbərliyi ilə apardığı danışıqları, keçirilən görüşləri yüksək qiymətləndirən A. Abdulmahdi də öz növbəsində iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının məhz Azərbaycanın müstəqilliyi dövrünə təsadüf etdiyini yada salıb. O, neft hasilatının həcminə görə İraqın OPEK ölkələri arasında ikinci yerdə dayandığını vurğulayıb və bildirib ki, ölkəsi hasilatın həcmini daha da artırmaq niyyətindədir. Qonaq Azərbaycanın neft sənayesində tətbiq edilən yenilikləri yüksək qiymətləndirib.

N. Əliyev isə qeyd edib ki, Azərbaycan və İraq arasındakı münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmamalıdır. Tarixi köklərə söykənərək xalqlarımız arasında əlaqələr müxtəlif sahələrdə daha da genişlənməlidir. İmzalanan sənəd bu baxımdan da yeni imkanlar yaradır.

Görüşdən sonra Azərbaycan Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında İraqda neft-qazın inkişaf layihələrinə dair Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR