Hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyət nefti ucuzlaşdırır

Hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyət nefti ucuzlaşdırır
# 23 noyabr 2016 06:14 (UTC +04:00)

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 47,88 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar azalaraq 48,97 dollar olub.

Neftin ucuzlaşmasına OPEC ölkələrinin görüşü öncəsi hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyətin yaranması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR