Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 06 iyul 2017 15:41 (UTC +04:00)

Biləsuvarda avtomobilin vurduğu piyada ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə mərkəzi bazarın yaxınlığında baş verib.

Rayonun Bəydili kənd sakini, 1977-ci il təvəllüdlü Sevinc Şükür qızı Kazımova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Xəsarət alan S. Kazımova dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Biləsuvar Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR