Rusiya Xəzər Dəniz Flotilyasının komandanı Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Rusiya Xəzər Dəniz Flotilyasının komandanı Azərbaycan nümayəndə heyəti ilə görüşüb
# 08 fevral 2017 14:34 (UTC +04:00)

Rusiya Federasiyası Xəzər Dəniz Flotilyasının komandanı, kontr-admiral Sergey Pinçuk Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ilə işçi görüş keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər dəniz donanmasının Mahaçqala şəhərindəki bazalanma məntəqəsində keçirilən görüşdə “Dəniz kuboku-2017” yarışlarında suüstü gəmilərin heyətləri arasında dəniz müsabiqəsinin təşkili və keçirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti “Kaspi” təlim-məşq kompleksi, “Xəzər kuboku-2015” və “Dəniz kuboku-2016” yarışları mərhələlərinin keçirildiyi “Skorpion” dəniz piyadaları bölmələrinin təlim sahəsinin komanda məntəqəsi ilə tanış olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR