Qəzzadan İsrail ərazisinə raket atılıb

Qəzzadan İsrail ərazisinə raket atılıb
# 02 fevral 2018 22:26 (UTC +04:00)

Qəzza zolağından İsrail ərazisinə raket atılıb.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Bir müddət əvvəl Qəzza zolağından İsrailin cənub bölgəsinə raket buraxılıb. İnsident nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb”, məlumatda deyilir.

Ötən gün İsrail hərbçiləri raket atəşinə cavab olaraq HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə hava zərbələri endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR