Bakıda yəhudilərin faşistlərdən xilas edilməsi bayramı keçirilib

Bakıda yəhudilərin faşistlərdən xilas edilməsi bayramı keçirilib
# 11 may 2018 11:57 (UTC +04:00)

Bakıdakı Yəhudi Evində yəhudi təqvimi ilə Qələbə günü-yəhudilərin faşistlərdən xilas və azadlıq bayramı keçirilib.


APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yəhudi Evinin direktoru Şaul Davidov bildirib ki, bayram tədbiri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Raşbiloviç Zaxaryayevin təşəbbüsü və İsrail dövlətinin razılığı ilə təşkil olunub.


Direktor yəhudilərin sovet ordusu sıralarında Böyük Vətən Müharibəsində faşistlərə qarşı şücaətlə vuruşduqlarını deyib.


İsrailin Azərbaycandakı səfiri Dan Stav isə qeyd edib ki, İkinci Dünya Müharibəsi zamanı yəhudilərin başına gələnlər tarixin ən qaranlıq dövrüdür.

Sonra ravvin Zamir İsayev tərəfindən müharibə qurbanlarının xatirəsinə dualar oxunub, şamlar yandırılıb.

Böyük Vətən Müharibəsi iştirakçılarına G. Zaxaryayev adından pul mükafatı verilib.

Tədbir ziyafətlə başa çatıb.

Qeyd edək ki, hazırda Moskvada G. Zaxaryayev Quba rayonu Qırmızı qəsəbədə doğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR