Oğuz rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət olub

Oğuz rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət olub
# 07 noyabr 2014 08:04 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Oğuz rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 6-dan 7-nə keçən gecə Qaraməryəm-İsmayıllı-Şəki magustral yolunun 102-ci kilometrliyində Oğuz rayonunun Bucaq kəndin ərazisindən keçən hissəsində baş verib. 1992-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Ziyəddin Pənah oğlu Məhərrəmov idarə etdiyi "Volkswagen"markalı 10 XZ 950 dövlət nömrə nişanlı minik avtomobili ilə 1988-ci il təvəllüdlü Oğuz rayonu, Muğaş kənd sakini Hümbət Sirac oğlu Musayevin idarə etdiyi “ZİL 131” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Volkswagen"in sürücüsü Ziyəddin Məhərrəmov aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Həmin avtomobildə olan sərnişin - 1988-ci il təvəllüdlü Könül İslam qızı Kərimova və yük maşının sürücüsü Hümbət Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Oğuz rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR