Bakıda yük maşınının aşması nəticəsində yol təsərrüfatına 4 min manat məbləğində ziyan dəyib

Bakıda yük maşınının aşması nəticəsində yol təsərrüfatına 4 min manat məbləğində ziyan dəyib
# 06 noyabr 2014 12:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ötən gün Bakıda hava limanından Zığ şossesi istiqamətində avtomobil yolunun 19-cu km-də aşan “Kamaz” markalı nəqliyyat vasitəsi yol təsərrüfatına ciddi ziyan vurub. Ağır tonnajlı maşının aşması nəticəsində ətrafa xeyli miqdarda mişar daşı qalıqları və yanacaq dağılıb.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev deyib ki, sürücü hadisə yerini tərk etdiyi üçün müvafiq akt tərtib etmək mümkün olmayıb.

“Lakin yolun mişar daşlarının qalıqlarından, ətrafa dağılan yanacaqdan təmizlənməsi işləri tərəfimizdən icra olunub. Eyni zamanda araşdırmaya başlanılıb. Qeyd edim ki, qəza nəticəsində 24 paqon/metr əyrixətli tir sıradan çıxıb. Yol təsərrüfatına təxminən 4 min manata yaxın ziyan dəyib. Qəza törətmiş “Kamaz” isə qaldırıcı kran vasitəsilə hadisə yerindən götürülüb”, - deyə P. Mürsəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR