Ukraynanın müdafiə naziri: “Tezliklə qələbə əldə olunacaq”

 Ukraynanın müdafiə naziri: “Tezliklə qələbə əldə olunacaq”
# 04 avqust 2014 09:10 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ukraynanın müdafiə naziri Valeri Qeletey ölkəsinin separatçılar üzərində tezliklə qələbə çalacağını deyib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Ukrayna hərbi qüvvələri ölkənin şərqində separatçılara qarşı uğurlu mübarizə aparır.


V. Qeletey qələbənin tezliklə əldə olunacağını, ancaq Donetsk və Luqansk şəhərlərinin geri alınmasının o qədər də asan başa gəlməyəcəyini söyləyib. Separatçıların nəzarətindəki ərazilərin get-gedə kiçildiyini vurğulayan nazir bəyan edib ki, Ukrayna qüvvələri Donetsk və Luqansk regionunda 65-dən çox kənd və şəhəri separatçılardan təmizləyib: “Bizim qüvvələrimiz hücum mərhələsindədir. Lakin mən istəyirəm ki, dünya bilsin, Rusiya bunun əvəzini çıxmaq üçün əlindən gələni edir”.


V. Qeletey Ukraynanı yanan evə bənzədərək qeyd edib ki, ordu bu yanğını söndürmək üçün evin içərilərinə doğru irəliləyir: “Əgər biz bu yanğını söndürməsək, yanğın Kiyevə, Xarkova və Ukraynanın digər ərazilərinə yayılacaq. Biz hər bir Ukrayna vətəndaşından xahiş edirik ki, bizə bu yanğını söndürməkdə kömək etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR