Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı yol polisindən arayışların tələb olunmayacağı hallar müəyyənləşib

Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı yol polisindən arayışların tələb  olunmayacağı hallar müəyyənləşib
# 16 oktyabr 2014 11:42 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Kollegiyası “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nı təsdiq edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sənədin “Hadisə ilə bağlı təsdiqedici sənədin tələb olunmaması” bölməsində bildirilir ki, yol-nəqliyyat hadisə zamanı üç şərt mövcud olduğu halda sığorta şirkəti yol polisindən arayış tələb edə bilməyəcək. Birinci şərt hadisənin günahkarının kimliyi ilə bağlı tərəflər arasında mübahisənin olmaması, ikinci şərt hadisə nəticəsində sağlamlığa zərər dəyməməsidir, üçüncü şərt isə hadisə nəticəsində dəymiş zərərin həcminin 1 000 manatı keçməməsidir.

Belə olan təqdirdə ödəniş yol polisinin arayışı tələb edilmədən verilməlidir.

Qeyd edək ki, indiyədək hadisə ilə bağlı yol polisindən arayışın tələb edilib-edilməməsini sığorta şirkəti özü həll edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR