FHN-nin İdman Sağlamlıq Klubunun sərbəst güləş üzrə çempionatı keçirilib - FOTOSESSİYA

FHN-nin İdman Sağlamlıq Klubunun sərbəst güləş üzrə çempionatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2014 13:13 (UTC +04:00)

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun sərbəst güləş üzrə çempionatı keçirilib.

APA-nın məlumatına görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) neftayırma müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində keçirilən yarımfinal və final mərhələsində nazirliyin 15 qurumunun 100-dək iştirakçısı mübarizə aparıb.

Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilib. Beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı və digər hakimlər şəxsi və komanda hesabında qalibləri müəyyən ediblər.

Şəxsi hesabda qaliblər:

57 kq çəkidə

I yer Abdullayev Əfqan (XRXX)

II yer Eyvazzadə Hüseyn (MMQ)

III yer Əliyev Əsgər (DYMX)

III yer Məmmədov Aqşin (CRM)

61 kq çəkidə

I yer Süleymanov Cəlal (XRXX)

II yer Nəbiyev Tural (DYMX)

III yer Quliyev Sübhan (MMQ)

III yer Şıxəliyev Tural (MMQ)

65 kq çəkidə

I yer Umayev Tural (XRXX)

II yer İsgəndərov Orxan (DYMX)

III yer Nağızadə Samur (MRM)

III yer (MMQ)

70 kq çəkidə

I yer Zeynalov Zeynal (ARM)

II yer Əliyev Vasif (MMQ)

III yer Mərdəli Süleyman (MMQ)

III yer Salahov Nurlan (FHN-nin Akademiyası)

74 kq çəkidə

I yer Mustafayev Fətulla (FHN-nin Akademiyası)

II yer Məhərrəmov Rəfail (MMQ)

III yer İbrahimov Tural (DSXX)

III yer Dəmirov Vüsal (ŞQRM)

86 kq çəkidə

I yer Məcidov Məhərrəm (DYMX)

II yer Həsənli Heydər (XRXX)

III yer Cəfərov Elçin (CRM)

III yer Fərzullayev Pərviz (CRM)

97 kq çəkidə

I yer Mirzəyev Əfqan (DYMX)

II yer Həsənli Ruslan (QRM)

III yer Paşayev Əliisgəndər (DYMX)

III yer Hüseynli Emil (FHN-nin Akademiyası)

125 kq çəkidə

I yer Hümbətov Səbuhi (XRXX)

II yer İsgəndərov Ruhi (DYMX)

III yer Rzayev Firuz (MMQ)

III yer Bayramov Bəxtiyar (FHN-nin Akademiyası)

Komanda hesabında qaliblər:

I yer Xüsusi Riskli Xialsetmə Xidməti (XRXX)

II yer Dövlət Yanğından Mühafizə Xidməti (DYMX)

III yer Mülkü Müdafiə Qoşunları (MMQ)

Çempionatın fəxri qonaqları Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Cavanşir Qurbanov, FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim ediblər.

F. Musayev çıxışında bildirib ki, İdman Sağlamlıq Klubu sərbəst güləş üzrə çempionatını 5-ci dəfədir keçirir: “Bu idman növünə böyük maraq var. Keçirdiyimiz çempionatlar ondan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özlərini idmanın müxtəlif növlərində sınayır, daxili və xarici yarışlarda qalib adını daşıyırlar. Növbəti ay isə Voleybol çempionatı keçirməyə hazırlaşırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR