Həmkəndlisini öldürən şəxsə hökm oxunub

Həmkəndlisini öldürən şəxsə hökm oxunub
# 29 oktyabr 2014 10:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Mirazad Mirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. M. Mirəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hökməli qəsəbə sakini, 1967-ci il təvəllüdlü Mirazad Arzu oğlu Mirəliyev həmkəndlisi Mürvət Səfərovu söyüş söydüyü üçün bıçaqlayaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR