Dünyanın ən yaxşı 400 universitetinin siyahısı açıqlanıb

Dünyanın ən yaxşı 400 universitetinin siyahısı açıqlanıb
# 02 oktyabr 2014 09:55 (UTC +04:00)

APA-nın Hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, Kaliforniyanın Texnologiya Universiteti dördüncü dəfədir ilk sırada yer alıb. Harvard Universiteti ikinci, Oxford Universiteti üçüncü, Standford Universiteti isə dördüncü yeri tutub.

Türkiyənin bir neçə universiteti də dünyanın 200 ən yaxşı universitetləri arasındadır. Onların içində ODTÜ, Boğaziçi, İTÜ ve Sabancı Universitetinin adı var. Belə ki, ODTÜ 85-ci sırada yer alaraq ilk yüzlüyə daxil olub. Boğaziçi Universiteti 139, İTÜ 165, Sabancı Universiteti 182-ci yerdədir. Bilkent Universiteti 201-225, Koç Universiteti 301-350-ci yerdə qərarlaşır.

Qeyd edək ki, 28 ölkədən olan universitetlər müxtəlif kriteriyalara görə qruplaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR