APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda binanın sakinlərinə evlərinə daxil olmağa icazə verilir.
***
10:08
Bakı - APA. Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.
APA-nın məlumatına görə, yanğın metronun "Xətai" stansiyası yaxınlığında, Süleyman Vəzirov küçəsindəki hündür mərtəbəli binanın yuxarı mərtəbəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Sakinlər binadan təxliyə olunub.