Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin sayı 5-ə çatıb

Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin sayı 5-ə çatıb
# 01 avqust 2014 10:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı şəhərinin Binəqədi rayonu, Naxçıvani küç., 4b ünvanında yerləşən 9 mərtəbəli, 4 bloklu, 80 mənzilli binada rayon üzrə növbəti - üçüncü mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılaraq qeydiyyat orqanında “Binəqədi-3” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) adı ilə dövlət qeydiyyatından keçib. Bununla da, respublikada dövlət qeydiyyatına alınan MMMC-lərin sayı 5-ə çatıb.

Nazirlikdən “APA –Economics”ə verilən məlumata görə, hazırda Bakı şəhərinin bir neçə rayonu üzrə iyirmidən artıq çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR