«Bank of Baku» istiqraz emissiyasını tam həcmdə yerləşdirib

«Bank of Baku» istiqraz emissiyasını tam həcmdə yerləşdirib
# 17 dekabr 2012 13:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin nominal dəyəri 1 000 manat, sayı 10 000 ədəd, ümumi həcmi 10 mln. manat olan adi təminatsız istiqraz buraxılışını Bakı Fond Birjasında (BFB) tam həcmdə yerləşdirilib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, cəlb olunan vəsait bankın cəlb edilmiş vəsaitlər portfelinin diversifikasiyasına, fiziki və hüquqi şəxslərdən, maliyyə institutlarından cəlb edilmiş vəsaitlər arasında müəyyən balansın yaradılmasına, pərakəndə bankçılıq sahəsinin intensiv artımını maliyyələşdirməyə yönəldilib.

İstiqrazların tədavül müddəti 3 il, gəlirliyi illik 12%, faizlərin ödəniş dövrünün müddəti isə 3 ay təşkil edir.

İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Paşa Kapital» MMC çıxış edib. Qeyd edək ki, istiqrazların buraxılması üzrə oktyabrın 17-də «Bank of Baku», «Paşa Bank» ASC və «Paşa Kapital» MMC arasında xidmət müqaviləsi bağlanılıb.

Qeyd edək ki, «Bank of Baku»nun aktivləri 2012-ci il ərzində 54% artaraq bu günə 485,7 mln. manata çatıb, məcmu kapital isə 92,5 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR