Paytaxtda 3 otaqlı mənzildə yanğın baş verib

Paytaxtda 3 otaqlı mənzildə yanğın baş verib
# 18 yanvar 2014 17:47 (UTC +04:00)

Bakı-APA. Paytaxtda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR