Cəzaçəkmə müəssisəsinə qadağan edilmiş əşyalar keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan edilmiş əşyalar keçirilməsinin qarşısı alınıb
# 10 dekabr 2013 11:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 12 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbs edilmiş, məhkum Vüqar Veys oğlu Bayramovun kamerasına və üzərinə baxış keçirilib. Bu zaman əynindəki gödəkcənin sağ cibindən daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

2 saylı İstintaq təcridxanasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə orada saxlanılan 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 29, 120.2.1; 120.2.2; 120.2.7; 221.3; 228.2.1; maddələri ilə təqsirli bilinərək həbs edilmiş Samir Rəşid oğlu Osmanovun kamerasına və üzərinə baxış keçirilib. Bu zaman əynindəki şalvarın sağ cibindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR