Nazir müavini: “Gənc alimin öz potensialını inkişaf etdirə bilməsi üçün şərait olmalıdır”

Nazir müavini: “Gənc alimin öz potensialını inkişaf etdirə bilməsi üçün şərait olmalıdır”
# 19 dekabr 2013 16:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün Azərbaycanda kifayət qədər elmlə məşğul olan gənclər, tədqiqatçılar var. Amma gənc alimin öz potensialını inkişaf etdirə bilməsi üçün şərait olmalıdır”. Bunu APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, gənc alimlər ən azı ölkə daxilində öz həmkarları ilə mübariz apara bilməli və dünya miqyasında iştirak təcrübəsi olmalıdır. İ.Babayev qeyd edib ki, yeniyetmələrin elmə marağını artırmaq, gələcəkdə keçiriləcək beynəlxalq səviyyəli olimpiadalarda iştirak edəcək güclü potensialların ixtisaslaşmasına şərait yaratmaq məqsədilə “İstedadların hazırlığı laboratoriyası” yaradılıb.

Nazir müavini deyib ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir: “Bu layihənin elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılması, gənclər arasında elmə marağın artırılmasında böyük rolu olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR