Dow Jones indeksi 1,7%, S&P 500 2,0%, Nasdaq 2,2% yüksəlib

Dow Jones indeksi 1,7%, S&P 500 2,0%, Nasdaq 2,2% yüksəlib
# 20 noyabr 2012 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 12 796 bəndədək, S&P 500 2,0% - 1 387 bəndədək, Nasdaq 2,2% - 2 916 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə bir sıra amillər təsir edib. Bunların sırasında büdcə xərclərinin azaldılması ilə bağlı danışıqlarda müəyyən irəliləyişin əldə edilməsi barədə məlumatı və oktyabrda ölkənin təkrar mənzil bazarında satışın əvvəlki ayla müqayisədə 2,1% artması barədə statistik göstəriciləri qeyd etmək olar.

Avropa fond bazarlarında noyabrın 19-da FTSE 100 indeksi 2,4% - 5 738 bəndədək, Almaniya DAX-ı 2,5% - 7 124 bəndədək, Fransa CAC-40-ı 2,9% - 3 440 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 733,0 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2795 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR