Mirmahmud Mirəlioğlu: “Demokratik seçki keçirilərsə, biz qalib gələcəyik”

Mirmahmud Mirəlioğlu: “Demokratik seçki keçirilərsə, biz qalib gələcəyik”
# 15 fevral 2013 14:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Əgər Azərbaycanda demokratik seçki keçirilərsə, biz qalib gələcəyik”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Onun sözlərinə görə, əgər bu il Azərbaycanda demokratik seçki keçiriləcəksə, KXCP-nin qalib gələcəyi şübhəsizdir: “Biz demokratik seçkilərin nəticəsi olaraq qalib gələcəyik. Buna şübhəmiz yoxdur. Əgər demokratik yox, ənənəvi seçki keçiriləcəksə, o barədə artıq öncədən də addımlarımızı atacağıq. Şübhəsiz ki, seçkidə bizimlə yarışa biləcək partiyalar da olacaq. Amma mən qalib gələcəyimizə inanıram. Nə üçün? Bunun səbəbini, inşallah, start vəziyyətində deyəcəyəm”.

Ölkədə seçkiqabağı vəziyyətə toxunan M.Mirəlioğlu bildirib ki, cəmiyyətdə seçki əhval-ruhiyyəsi hiss olunmur: “Cəmiyyətdə bütövlükdə seçkiqabağı vəziyyət hiss olunmur. Müxalifət də, iqtidar da bu cəmiyyətin tərkib hissəsidir. Seçki ilinin olmasına baxmayaraq, seçki əhval-ruhiyyəsi hələlik müşahidə edilmir”.

KXCP sədri partiyanın artıq mərkəzi seçki qərargahının yaradıldığını da qeyd edib. Onun sözlərinə görə, regionlar üzrə də seçki qərargahının formalaşdırılması prosesi artıq yekunlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR