Azərbaycanın milli poçt operatoru bank sektorunda 5% paya sahib olmaq niyyətindədir

Azərbaycanın milli poçt operatoru bank sektorunda 5% paya sahib olmaq niyyətindədir
# 05 mart 2013 11:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərpoçt» MMC perspektivdə Azərbaycanın bank sektorunda 5% paya sahib olmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir və bu sahədə rəqabət güclüdür.

N.Məmmədov qeyd edib ki, «Azərpoçt» hazırda «YapıKredi Bank Azerbaijan» və «Unibank»la əməkdaşlıq edir: «Yaxın gələcəkdə daha 10 bankomat və 50 POS-terminal quraşdıracağıq».

Xatırladaq ki, 2010-cu ilin aprel ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən «Azərpoçt»a maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib. Nəticədə, 2011-ci ildə şirkətin maiyyə xidmətlərinin göstərilməsindən gəlirləri 200 min manat, 2012-ci ildə isə 800 min manat olub. Hazırda «Azərpoçt»un 15 bankomatı quraşdırılıb və 10 min plastik kartı buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR