Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib
# 24 noyabr 2012 13:38 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Qafqaz Müsəlmanları İdarəsinin Aşura günü ilə bağlı fətvasına əsasən bu gün Lənkəran şəhər Böyükbazar məscidində qanvermə aksiyası keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, saat 10:00-da başlayan aksiyada yüzlərlə rayon sakini iştirak edib. Mərkəzi Qan Bankının Lənkəran şəhər bölməsinin müdiri Telman Zülfiqarovun sözlərinə görə, aksiya zamanı tədarük edilən qan əsasən hemofiliya və talassemiyalı xəstələrin müalicəsi üçün istifadə olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə isə APA-nın yerli bürosuna qanvermə aksiyasının sabah - Aşura günündə də davam etdiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR