«Qafqaz İnkişaf Bankı» nizamnamə kapitalını kəskin artırır

«Qafqaz İnkişaf Bankı» nizamnamə kapitalını kəskin artırır
# 12 dekabr 2012 13:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz İnkişaf Bankı» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 40 mln. ədəd, emissiyanın ümumi həcmi isə 40 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Qafqaz İnkişaf Bankı»nın səhmlərinin yerləşdirilməsinə artıq yaxın gələcəkdə başlanacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 3,9 dəfə artaraq 54 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Cari ilin oktyabrın 1-nə bankın aktivləri 68,084 mln. manat, kredit portfeli 61,128 mln. manat, depozit portfeli 7,520 mln. manat, məcmu kapitalı 14,919 mln. manat, o cümlədən nizamnamə kapitalı 14 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR