Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında Heydər Əliyevin anım mərasimi keçirilib   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 16:19 (UTC +04:00)

Bakı – APA. Bu gün “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Dağlıq Qarabağın azərbaycanlı icması və Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anım mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyinin sədri və Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Heydər Əliyevin milli-mənəvi dəyərlərin daim qorunması, mədəniyyətimizin hər zaman inkişafı üçün hələ 1969-1982-ci illərdə Azərbaycana birinci dəfə rəhbərlik edən zaman gördüyü işləri yüksək qiymətləndirərək, tədbir iştirakçılarına onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə edib.

Bayram Səfərov qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ölkəmizi o dövrdə baş verə biləcək fəlakətdən xilas edib və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayıb.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik qazandıqdan sonrakı dövrdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycan xalqının rifah halının yüksəldilməsi, Azərbaycan dövlətinin inkişafı naminə atılan addımlardan bəhs edib.

Şuşa rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva ümummilli liderin Azərbaycan dilinin yaşadılması və dirçəldilməsi istiqamətində atdığı addımlardan danışıb.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin inkişafı, regionda və eləcədə dünyada özünəməxsus yer tutması istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasətdən söz açıb.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən qısametrajlı film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR