Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, tank, PDM, aviasiya hissələrində və artilleriya bölmələrində ayrı-ayrı və birgə məşqlər icra olunur.
Dağ və dağətəyi ərazilərdə real döyüş şəraitinə yaxın vəziyyətdə tank birləşmələrinin idarə edilməsi, manevr imkanları, ekipajların praktiki hazırlığı və artilleriya vasitələrinin şərti düşmənin canlı qüvvə və texnikasının cəmləşmə rayonlarına zərbə vurulması məqsədilə top heyətlərinin bacarıq və vərdişləri öyrədilir.
Silahlı Qüvvələrdən tərxis ediləcək həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim mərkəzlərindən hərbi hissələrə gələn şəxsi heyət silahlanmadakı döyüş və digər texnikaların istismarı, onların tətbiqi qaydaları üzrə təcrübələri ilə bölüşür.