ABŞ İraqda 250 İŞİD silahlısını məhv edib

ABŞ İraqda 250 İŞİD silahlısını məhv edib
# 30 iyun 2016 01:49 (UTC +04:00)

Bakı – APA. Amerika Birləşmiş Ştatlarının Hərbi Hava İŞİD terrorçu qruplaşmasının İraq ərazisindəki mövqelərinə hava zərbələri endirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.

Məlumata əsasən, hərbi təyyarələr ötən gün İraqın əl-Faluca şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının avtomobil karvanını məhv edib. Nəticədə azı 250 terrorçu məhv edilib, 40 ədəd hərbi texnika sıradan çıxarılıb.

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD-in mövqelərinə hava zərbələr endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR