ABŞ Prezidenti Co Bayden hökuməti silah ticarətinə nəzarəti gücləndirməyə çağırıb.
APA-nın məlumatına görə, müvafiq müraciət Ağ Evin saytında yerləşdirilib.
Bu çağırışı o, Şimali Karolina ştatındakı qanlı hadisədən sonra edib.
Qeyd edək ki, aprelin 29-da sözü gedən ştatın Şarlott şəhərində törədilən silahlı insident zamanı dörd polis əməkdaşı ölüb, dörd nəfər isə yaralanıb.