Azərbaycan iqtisadiyyatı tikinti sektorunun hesabına 3,4% azalıb

Azərbaycan iqtisadiyyatı tikinti sektorunun hesabına 3,4% azalıb
# 14 iyul 2016 08:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27 mlrd. 2,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 38,5%-i sənayedə, 11,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,1%-i tikinti, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,3%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6%-i təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 809,7 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR