Abşeronda dörd maşın toqquşub

Abşeronda dörd maşın toqquşub
# 28 fevral 2015 08:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Abşeronda zəncirvari qəza qeydə alınıb.

Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində, Abşeron rayonu ərazisində baş verib.

Üç “Mercedes” və “Renault” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR