Komitə sədri: “Bakıda baş verən sürüşmələr tikintilərin sayının artması ilə bağlı deyil”

Komitə sədri: “Bakıda baş verən sürüşmələr tikintilərin sayının artması ilə bağlı deyil”
# 12 dekabr 2012 08:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov jurnalistlərə açıqlamasında deyib.

A. Ələsgərov bildirib ki, ümumiyyətlə, Bakı şəhərində infrastruktur dəyişikliyi ilə bağlı 2030-cu ilə qədər bir sıra dəyişikliklər həyata keçiriləcək. Bakının mərkəz hissəsində sökülən qəsəbələrdə park, bağ, mehmanxana və müasir yaşayış binalarının inşası nəzərdə tutulur.

Bakıda sürüşmə hallarının çoxalması barədə suallara cavab verən komitə sədri “Sürüşmə hallarının artması bizdə də nigarançılıq yaradıb. Fikrimizcə, bu tikintilərin sayının artması ilə bağlı deyil. Mütəxəssislər deyir ki, bu daha çox şəhərdə yağıntıların həcminin artması ilə əlaqədardır”, deyə bildirib.

A. Ələsgərov Badamdar və Bayıl qəsəbələrinin həmişə sürüşməyə meylli olduğunu vurğulayıb.

Komitə sədri onu da deyib ki, Bakı 2015-ci ildə Avropa olimpiya oyunlarının keçirilməsinə hazırdır: “Əlavə bir neçə idman kompleksinin tikintisi ilə yarana biləcək problemlər də öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR