Bank Of Baku

Arif Alışanovun məhkəməyə çağırılması barədə vəsatət baxılmamış saxlanılıb - YENİLƏNİB

Arif Alışanovun məhkəməyə çağırılması barədə vəsatət baxılmamış saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 20 aprel 2018 11:14 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Sonra təqsirləndirilən Ş. Ələkbərovun vəkili vəsatətlə çıxış edərək, zərərçəkmiş Arif Alışanovun məhkəməyə çağırılmasını və buna görə məhkəmə iclasının zərərçəkmiş gələnədək təxirə salınmasını istəyib.

 

Hakim verilən vəsatəti baxılmamış saxlayıb. Bildirilib ki, iş üzrə başqa iki zərərçəkmiş var və onlar dindiriləndən sonra bu məsələyə baxılacaq.

 

Proses mayın 4-də davam etdiriləcək. 

 

***

 

11:35

 

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zöhrab Şirinov vəkilin suallarını cavablandırıb. O bildirib ki, həbs olunan zaman vəkillə təmin olunmayıb, müəyyən hüquqları pozulub. Onun sözlərinə görə, Ş. Əkbərov Arif Alışanovu öldürmək üçün göstəriş verməyib. 
 
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR