Bank Of Baku

Aİ Patriarx Kirill, Rusiyanın idman naziri və FİDE rəhbərinə sanksiyalar tətbiq etməyi təklif edib

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill

© APA | Moskva və Bütün Rusiyanın Patriarxı Kirill

# 10 iyun 2026 13:58 (UTC +04:00)

Avropa Komissiyası Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, idman naziri Mixail Deqtyarev və Beynəlxalq Şahmat Federasiyası – FİDE-nin rəhbəri Arkadi Dvorkoviçin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə daxil edilməsini təklif edib.

Bu barədə “Euobserver” sanksiya layihəsinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, “Rusiyanın Ukraynaya qarşı təcavüzünü ardıcıl şəkildə əsaslandırdığı və dəstəklədiyi” üçün Patriarx Kirillin sanksiya siyahısına daxil edilməsi təklif edilib.

Eyni zamanda, “Euobserver”in məlumatına görə, Avropa İttifaqı iyunun 15-də Rusiyaya qarşı “mini-paket” sanksiyalar qəbul etməyi planlaşdırır. Paketə 8 fiziki şəxs və 46 təşkilat daxil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR