İranlı admiral: “İranın Fars körfəzində ələ keçirdiyi “ScanEagle” ABŞ-a məxsus üçüncü pilotsuz təyyarədir”

İranlı admiral: “İranın Fars körfəzində ələ keçirdiyi “ScanEagle” ABŞ-a məxsus üçüncü pilotsuz təyyarədir”
# 17 dekabr 2012 12:57 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranın Fars körfəzində ələ keçirdiyi “ScanEagle” ABŞ-a məxsus üçüncü pilotsuz təyyarədir”. APA-nın məlumatına görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Əli Fədəvi bildirib.

Onun sözlərinə görə, “Sepah” bundan əvvəl daha iki ədəd “ScanEagle” pilotsuz təyyarəsini ələ keçirib: “Onların bütün məlumatları deşifrə edilib. Hazırda bu pilotsuz təyyarələrin ardıcıl istehsalına başlanılıb. “Sepah”ın Hava-Kosmik Birliyi bu pilotsuz təyyarələri öz əməliyyatlarında istifadə edir. Çünki “ScanEagle” dünyada ən uzun müddət uçan pilotsuz təyyarədir. Yüksək texnologiyaya sahib olan bu pilotsuz təyyarə 30 saat fasiləsiz havada qalmaq xüsusiyyətinə malikdir”.

Ə.Fədəvi deyib ki, ABŞ bu pilotsuz təyyarənin İran tərəfindən ələ keçirilməsi xəbərini beş gün sonra təsdiqləyib: “ScanEagle”in geri alınması üçün ABŞ tərəfindən indiyədək heç bir tələb irəli sürülməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR