Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib
# 24 dekabr 2012 08:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov- APA. Bakıda taksi sürücüsünə qarşı quldurluq olub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 24-ü saat 01:00 radələrində G.Şıxlınski küçəsində 3 naməlum şəxs İbrahim Sadıqovun taksi kimi idarə etdiyi «Opel» markalı avtomaşına əyləşərək «Əhmədli» metrosuna tərəf getməsini istəyiblər. Onlar M.Hadi küçəsində bıçaqla İ.Sadıqovun əl nahiyəsindən xəsarət yetirərək 70 manatını alıblar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Laçın Süleymanov, Cəlil Hacıağayev və Elgiz Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR