Azərbaycan Turizm İnstitutu Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq və mübadilə protokolu imzalayıb - FOTO

Azərbaycan Turizm İnstitutu Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq və mübadilə protokolu imzalayıb   - <span style="color: red;">FOTO
# 06 dekabr 2012 10:48 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin İğdır Universitetinin rektoru, professor İbrahim Hakkı Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunda olub. APA-nın məlumatına görə, ATİ-nin rektoru, professor Cəfər Cəfərov bu görüşün iki ali təhsil ocağı arasında qarşılıqlı dostluq və əməkdaşlığa xidmət edəcəyini bildirib, İğdır Universitetinin müvafiq qurum rəhbərlərinin bu ilin əvvəlində də ATİ-yə gəlişindən, institutun strateji hədəfləri ilə maraqlandıqlarından söz açıb.

İğdır Universitetinin rektoru İ.H.Yılmaz rəhbəri olduğu universitetin 2008-ci ildə yarandığını, 6 fakültə və təhsil ocağının nəzdindəki institutlarda ümumilikdə 2 800 tələbənin oxuduğunu, Ağrıdağ Araşdırma Mərkəzində əhəmiyyətli tədqiqatlar aparıldığını, daha bir ixtisas üzrə yeni strukturun - turizm fakültəsinin açılacağını diqqətə çatdırıb. Qonaq ATİ-nin təhsil, təlim, təcrübə və tədqiqat sahəsində məqsədli fəaliyyətindən yararlana biləcəyinə inandığını xüsusi vurğulayıb.

Görüşün sonunda ATİ ilə İğdır Universiteti arasında akademik əməkdaşlıq və mübadilə protokolu imzalanıb. Ali təhsil müəssisələri arasında bağlanan sənəddə tədris və tədqiqat işləri üzrə çalışan əməkdaşların, eləcə də tələbələrin mübadiləsi, ikili diplom proqramlarının, akademik tədqiqat nəticələrinin, müştərək çap məhsulları, o cümlədən mədəni tədbir, elmi konfrans və görüşlərin keçirilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR