Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 7 il ötür - FOTOSESSİYA

Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 7 il ötür - <span style="color: red;">FOTOSESSİYA
# 16 dekabr 2012 10:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, nazirlik Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə yaradılıb.

Nazirlik mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Həmçinin yanğın təhlükəsizliyinin, su hövzələrində insanların, kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edilməsi də FHN-nin səlahiyyətləri çərçivəsindədir.


FHN ötən müddət ərzində Belarus, Bolqarıstan, Fransa, Koreya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və s. dövlətlərin müvafiq dövlət qurumları ilə, həmçinin BMT, NATO, ATƏT, MDB, Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla əlaqələr qurub.

Nazirliyin “112” qaynar xətti fasiləsiz çalşır və baş vermiş hadisələrlə bağlı operativ tədbir görülməsini təmin edir.

Nazirlikdə Elmi-Texniki Şura fəaliyyət göstərir. Bu Şura əhalinin və ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğından mühafizə, sənaye və radiasiya təhlükəsizliyi, mülki müdafiə sahəsinin tənzimlənməsi məsələləri üzrə kollegial ekspert məsləhətçi orqandır.

Ötən dövr ərzində nazirliyin ölkənin 9 bölgəsində regional mərkəzi fəaliyyətə başlayıb.

Nazirliyin əməkdaşları təkcə ölkə daxilində deyil, xaricdə də fövqəladə halalrın qarşısının alınmasında iştirak edirlər. Türkiyənin Van şəhərində baş vermiş zəlzələ, Rusiyada meşə yanğınlarının söndürülməsində və daha bir neçə ölkədə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycan FHN-nin əməkdaşları uğurla iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR