Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimləri Ağdaşda 150-dən çox vətəndaşı müayinə ediblər

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimləri Ağdaşda 150-dən çox vətəndaşı müayinə ediblər
# 14 dekabr 2012 18:38 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimləri dekabrın 13-14-də Ağdaş Mərkəzi rayon Xəstəxanasında yerli və ətraf rayonlardan olan sakinləri müayinə ediblər.

“Sağlam həyat uğrunda” devizi altında keçirilən humanitar tədbirdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi, tibb elmləri doktoru Əhməd Babayevin rəhbərliyi ilə tanınmış həkimlər 150-dən çox insanı müayinə edib və aşkar edilən xəstəliklərin profili üzrə vətəndaşların bir qismi stasionar qaydada müalicəyə cəlb edilib. Müayinələr dekabrın 15-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR