Əbülfəs Qarayev: “Azərbaycan tar ifaçılıq sənətini UNESCO-nun siyahısından çıxarmaq mümkün deyil”

Əbülfəs Qarayev: “Azərbaycan tar ifaçılıq sənətini UNESCO-nun siyahısından çıxarmaq mümkün deyil”
# 27 dekabr 2012 09:10 (UTC +04:00)

Bu da bəşəriyyətin Azərbaycan mədəniyyətinə verdiyi böyük diqqətdir. Azərbaycan tar ifaçılıq sənətini o siyahıdan heç kim çıxarmaq fikrində deyil. Bu, mümkün olmayacaq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun Maddi-mədəni irs Siyahısına daxil edilməsinə İranın etirazına münasibət bildirərkən deyib. Nazirin sözlərinə görə, bu sadəcə, fərqli düşüncədə olan alimlərin mülahizələridir: “Fərqli fikirlər ola bilər. Eyni səpkidə düşünən insanlar da fərqli fikirlər irəli sürə bilər. Amma artıq beynəlxalq təşkilat bunu qəbul edib. Onların fikirlərinə qarşı müəyyən izahatlar verilib. Azərbaycan tar ifaçılıq sənətini o siyahıdan heç kim çıxarmaq fikrində deyil. Bu, mümkün də deyil. Əgər hansısa ölkə o ifa sənətində verdiyi töhfələrin daha çox olduğunu deyirsə, buyursunlar, Azərbaycan kimi onlar da müraciət etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR