Füzuli rayonunda iki yeni poçt şöbəsi açılıb

Füzuli rayonunda iki yeni poçt şöbəsi açılıb
# 27 dekabr 2012 15:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Füzuli rayonunun Babı və Böyük Bəhmənli kəndlərində yeni poçt şöbələri istifadəyə verilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılıb. Füzuli Poçt Filialı hərbi hissələrə də bütün poçt xidmətləri göstərir.

Qeyd edək ki, Füzuli Poçt Filialı respublikada ilk elektron poçt xidmətini tətbiq edən poçtamtdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR