Bolqarıstan Prezidenti: Bakı-Sofiya müntəzəm uçuşları bərpa ediləcək

Bolqarıstan Prezidenti: Bakı-Sofiya müntəzəm uçuşları bərpa ediləcək
# 08 may 2024 13:03 (UTC +04:00)

Biz Bakı-Sofiya müntəzəm uçuşlarının bərpasını görəcəyik.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata birgə bəyanatında bildirib.

Rumen Radevin sözlərinə görə, Prezident İlham Əliyevlə 7 ildən artıqdır ki, tanışdırlar: “Mən onun cəsarətli baxışının şahidiyəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək niyyətindədir. Yaşıl enerji təşəbbüsü də onun nəticəsidir. Ona görə də Azərbaycana COP29-un keçirilməsinin həvalə olunması mənə təəccüblü gəlmədi. Biz də institusional və ekspertlər səviyyəsində bu tədbirə dəstək verməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR