Qaxda 80 yaşlı ər-arvad vəhşicəsinə döyülüb

Qaxda 80 yaşlı ər-arvad vəhşicəsinə döyülüb
# 18 sentyabr 2015 09:17 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda ahıl ər-arvad döyülüb

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ının Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Qaxbaş kənd sakinləri - 1935-ci il təvəllüdlü Babucaşvili Qriqol Qiergiyeviç və onun həyat yoldaşı, 1935-ci il təvəllüdlü Muraşvili Qeno Varqoyevna müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 80 yaşlı ər-arvad gecə saatlarında yaşadığı evdə nəməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüblər.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Babucaşvili Qriqol və Muraşvili Qenonın vəziyyəti orta-ağır qiymətləndirilir. Qax rayon Polis Şöbəsindən APA-ya 80 yaşlı ər-arvadın hələlik istintaqa məlum olmayan naməlum şəxslər tərəfindən döyülməsi faktını təsdiqləyiblər.

Faktla bağlı Qax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR