Zərdab rayonunda yanğın olub

Zərdab rayonunda yanğın olub
# 21 dekabr 2012 07:54 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdab rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Otmanoba kəndində baş verib. 1963-cü il təvəllüdlü Qasımov Əlmərdan Qasım oğluna məxsus birmərtəbəli, 3 otaqlı evdə güclü yanğın başlayıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. 140 kvadratmetrlik evin yanğın başlayan 1 otağı əşyaları ilə birlikdə tamamilə yanıb. Qalan 2 otaq və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunub. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Araşdırma aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR