Ramin Mehmanpərəst: “İran ABŞ-la açıq şəkildə görüşlər keçirə bilər”

Ramin Mehmanpərəst: “İran ABŞ-la açıq şəkildə görüşlər keçirə bilər”
# 27 noyabr 2012 16:10 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ İrana qarşı yanlış siyasətinə davam edəcəyi müddətcə Tehranın Ağ Evlə görüşməsi mənasızdır”. APA-nın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib.

O, ABŞ-la İran arasında gizli görüşlərin keçirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib: “Bunlar əsassız və qondarma xəbərlərdir. Maraqlı orasıdır ki, bu cür xəbərlərin qaynağı ABŞ-dır. Ağ Evlə gizli görüşlər keçirməyimizə ehtiyac yoxdur. ABŞ rəsmiləri İrana qarşı yanlış siyasətlərinə davam etdikləri müddətcə bizim onlarla görüşməyə həvəs göstərməyimiz mənasızdır. ABŞ İrana qarşı siyasətində prinsipial və əməli dəyişiklik edəcəyi, yanlış mövqeyindən çəkiləcəyi təqdirdə, onlarla masa arxasında açıq görüşlər keçirə bilərik”.

R.Mehmapərəst əlavə edib ki, ABŞ donanması Fars körfəzində İranın hava məkanını 8 dəfə pozub: “Bununla bağlı İran Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına şikayət edərək, dövlətimizin ərazi bütövlüyünə və hakimiyyətinə sayğı göstərilməsini tələb edib. Bu cür hallara qarşı rəsmi Tehran çox sərt reaksiya verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR