Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 04 may 2013 10:45 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə müdafiə naziri general-polkovnik Səfər Əbiyev «Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Silahli Qüvvələrinin qurucusudur» mövzusunda çıxış edib. S.Əbiyev H.Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasına və onun inkişafına misilsiz töhfələr verdiyini deyib: «Müasir Azərbaycan dövlətinin böyük bir tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Tam cəsarətlə deyə bilərik ki, məhz onun rəhbərlik etdiyi dövrlərdə Azərbaycan ayağa qalxaraq, iqtisadi, sosial, mədəni və mənəvi sahələrdə böyük irəliləyişlərə nail olub. Bu nailiyyətlər əlbəttə ki, asanlıqla əldə edilməyib».

S.Əbiyev Ermənistan-Azərbaycan müharibəsinin azğınlaşmış erməni işğalçılarının ərazilərimizi zəbt etmək cəhdlərinin respublikamızın müstəqilliyinə ən böyük təhlükə olduğunu qeyd edib: «Prezident Heydər Əliyevin apardığı gərgin iş 1994-cü ilin mayında cəbhədə atəşkəs rejiminin əldə edilməsi ilə nəticələndi. Bu, o zaman Heydər Əliyev tərəfindən düşünülmüş strateji addım idi. Əgər göz önünə gətirsək ki, həmin vaxt Silahlı Qüvvələrimiz nə vəziyyətdə idi, onda Heydər Əliyevin ən doğru yol seçdiyinə bir daha inanmış olacağıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR