İsrail ordusu Qəzzanı atəşə tutub, iki nəfər ölüb, 20 nəfər yaralanıb

İsrail ordusu Qəzzanı atəşə tutub, iki nəfər ölüb, 20 nəfər yaralanıb
# 10 noyabr 2012 18:30 (UTC +04:00)
Bakı-APA. İsrail ordusunun Qəzza şəhərinin şərqini atəşə tutması nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail hərbiçilərinin hücumu Fələstin silahlılarının İsrailin sərhəd postuna hücumundan sonra baş verib.
Fələstinin “Əl Aksa” radiosu bildirib ki, İsrailin bombardmanı nəticəsində yaralananların əksəriyyəti dinc əhalidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR