Dövlət Komitəsi: “İndiyədək Azərbaycanda 26294 məcburi köçkün ailəsinin mənzil-məişət şərati yaxşılaşdırılıb”

Dövlət Komitəsi: “İndiyədək Azərbaycanda 26294 məcburi köçkün ailəsinin mənzil-məişət şərati yaxşılaşdırılıb”
# 10 dekabr 2012 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. Azərbaycanda indiyədək 26294 məcburi köçkün ailəsinin mənzil-məişət şərati yaxşılaşdırılıb. APA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov bildirib.

Onun sözlərinə görə, bu da 131470 nəfərin mənzil-məişət şəratinin yaxşılaşdırılması deməkdir. Komitənin sədr müavini vurğulayıb ki, ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial problemlərin həllinə 1993-2012-ci illərdə 5,4 mlrd. ABŞ dolları həcmində vəsait xərclənib. Bunun 3 mlrd. ABŞ dolları dövlət büdcəsindən, 1.4 mlrd. ABŞ dolları Dövlət Neft Fondundan, 1 mlrd ABŞ dolları beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən ayrılıb: “2001-2012-ci illər ərzində məcburi köçkünlərin ehtiyaclarına Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 17 milyon manat, Dövlət Neft Fondundan 1 mlrd. 158 mln manat və digər mənbələrdən 48,5 mln manat ayrılıb. Ümumilikdə, müxtəlif qurumlardan ayrılan 1 mlrd 223,5 mln. manat vəsait hesabına 25247 ailə, 126235 nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün 1 mln. 473388 kvadrat metr sahəsi olan 76 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilib. 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, 38 rabitə evi tikilib. Həmçinin 625,2 km yol, 767,4 km su, 1303,2 km hava elektrik, 279.3 km qaz, 48,9 km kanalizasiya, 10 km istilik xətləri çəkilib. 668 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR